AFFA "Qəbələ"nin futbolçusunu cəzalandırıb

AFFA "Qəbələ"nin futbolçusunu cəzalandırıb AFFA İntizam Komitəsi “Qəbələ”nin futbolçusu Bəhlul Mustafazadəni 1 oyunluq cəzalandırıb.
Futbol
12 Mart , 2019 14:26
AFFA Qəbələnin futbolçusunu cəzalandırıb

AFFA İntizam Komitəsi “Qəbələ”nin futbolçusu Bəhlul Mustafazadəni 1 oyunluq cəzalandırıb.

“Report” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb 22 yaşlı mərkəz müdafiəçisinin Azərbaycan Premyer Liqasının XX turunun evdə “Səbail”ə 2:1 hesabı ilə qalib gəldikləri oyunun 73-cü dəqiqəsində ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılmasıdır. Klub ona görə 200 manat cərimə ödəyəcək.

“Səbail” klubu isə 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 800 manat ziyana düşüb.

Son xəbərlər

Orphus sistemi