AFFA "Qəbələ"nin futbolçusuna cəza verdi

AFFA "Qəbələ"nin futbolçusuna cəza verdi İntizam Komitəsinin bu gün keçirilən iclasında Premyer Liqanın III turu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.
Futbol
22 Sentyabr , 2020 15:58
AFFA Qəbələnin futbolçusuna cəza verdi

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Premyer Liqanın III turunun oyunları ilə bağlı qərarlar qəbul olunub. 

"Report" xəbər verir ki, “Qəbələ”nin futbolçusu Nikolas Raysel "Keşlə" ilə qolsuz heç-heçə etdikləri matçda qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 200 manat məbləğində cərimə olunub. Paytaxt təmsilçisinin 4 oyunçusu sarı vərəqə alıb və klubu 800 manat ziyana salıb. 

"Sumqayıt" klubuna 400 manat cərimə kəsilib. Buna səbəb "Səbail"i 2:1 hesabı ilə məğlub etdikləri matçdan öncə yanğınsöndürən nümayəndəsinin təyin olunan vaxtda iclasa qatılmamasıdır. Hər iki komandanın 4 futbolçusu sarı vərəqə aldığı üçün klublar 800 manat ödəməli olacaq. 

"Sabah"ın 4 üzvü "Zirə"yə səfərdə 2:0 hesabı ilə qalib gəldikləri görüşdə sarı vərəqə ilə cəzalandırılıb və klub 800 manat cərimə olunub.

Son xəbərlər

Orphus sistemi