AFFA "Qarabağ" və "Neftçi"nin şikayətini təmin etdi

AFFA "Qarabağ" və "Neftçi"nin şikayətini təmin etdi Paytaxt klubunun şikayəti isə qismət təmin edilib
Futbol
31 Mart , 2021 17:42
AFFA Qarabağ və Neftçinin şikayətini təmin etdi

AFFA Apellyasiya Arbitraj Tribunalı "Neftçi" və "Qarabağ"ın şikayətinə baxıb.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin şikayəti tam, paytaxt klubunun şikayəti isə qismət təmin edilib.

“Qarabağ” İntizam Komitəsinin (İK) fevralın 23-də kluba təyin etdiyi 3 000 manat cərimədən azad olunub. Son ölkə çempionu fevralın 19-da "Sumqayıt"la qolsuz başa çatan XVI tur oyununda serbiyalı yarımmüdafiəçisi Uroş Matiçin futbol formasında standartlar pozulduğu üçün cərimələnmişdi. Kluba bu hala təkrar yol verməməsi ilə bağlı xəbərdarlıq edilib.

"Neftçi"nin martın 3-də "Sabah"la XVII tur matçı zamanı "Bakcell Arena"da işıqlar söndüyü üçün kluba tətbiq edilən cərimənin məbləği azaldılıb. Cərimə yüngülləşdirici hallar nəzərə alınmaqla 4000 manatdan 1000 manata endirilib.

Son xəbərlər

Orphus sistemi