Rövnəq Abdullayev və Azad Rəhimov milli komanda ilə görüşüb

Rövnəq Abdullayev və Azad Rəhimov milli komanda ilə görüşüb Görüşdə futbolçulara gələcək turnirlərdə uğurlar arzulayıblar
Futbol
1341
12 May , 2016 11:45
Rövnəq Abdullayev və Azad Rəhimov milli komanda ilə görüşüb

Bakı. 12 may. REPORT.AZ/ AFFA prezidenti Rövnəq Abdullayevlə gənclər və idman naziri Azad Rəhimov 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilə görüşüb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, görüş Bakıda keçirilən Avropa çempionatının qrup mərhələsində Şotlandiya yığması ilə oyundan sonra baş tutub.

R.Abdullayev və A.Rəhimov qələbə münasibətilə futbolçuları təbrik edib, ilk oyundakı böyükhesablı məğlubiyyətdən sonra özündə güc taparaq əzmkar mübarizə aparan, psixloji çətinliklərin öhdəsindən uğurla gələrək növbəti oyunlarda bir heç-heçə və bir qələbə əldə edən milliyə təşəkkür edib, gələcək turnirlərdə uğurlar arzulayıblar.

Qeyd edək ki, Azərbaycan millisi 3 oyundan 4 xal toplayaraq A qrupunda 3-cü yerdə qərarlaşıb və qitə turnirində mübarizəni dayandırıb. Təbriz Həsənovun rəhbərlik etdiyi komandanın aktivində bir məğlubiyyət (Portuqaliya, 0:5), bir heç-heçə (Belçika, 1:1) və bir qələbə var (Şotlandiya, 1:0).

Son xəbərlər

Orphus sistemi