Bakı. 29 avqust. REPORT.AZ/ AFFA prezidenti Rövnəq Abdullayev çimərlik futbolu üzrə Azərbaycan yığmasını Avropa Liqasının Super Final mərhələsində "B" divizionundan "A" divizionuna yüksəlməsi münasibəıti ilə təbrik edib.
"Report" AFFA-ya istinadən xəbər verir ki, qurum rəhbəri bunun gözəl nəticə olduğunu bildirib.
“İtaliyada təşkil olunmuş Avropa Liqasının Super Final mərhələsində milli komandamız bütün oyunlarını qələbə ilə başa vurub. Türkiyə, İngiltərə, Çexiya və Macarıstan yığmalarına qalib gələn futbolçularımız B divizionundan A divizionuna yüksəlib. Gözəl nəticədir və bu münasibətlə millinin baş məşqçisi Zeynal Zeynalovu, komandanın futbolçularını, uğurlu nəticənin əldə olunmasında zəhmət çəkən hər bir şəxsi təbrik edirəm. Ümidvaram ki, qarşıdakı yarışlarda da qələbələr qazanaraq azarkeşləri sevindirəcəklər”, - deyə o söyləyib.