​AFFA prezidenti: "Bu uğur Azərbaycanda futbolun inkişafına daha da təkan verəcək"

​AFFA prezidenti: "Bu uğur Azərbaycanda futbolun inkişafına daha da təkan verəcək" "Bu bizim üçün böyük qələbədir"
Futbol
12 Aprel , 2016 20:52
​AFFA prezidenti: Bu uğur Azərbaycanda futbolun inkişafına daha da təkan verəcək

Bakı. 12 aprel. REPORT.AZ/ Futzal üzrə Azərbaycan milli komandasının Kolumbiyada keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazanması Azərbaycanda futbolun inkişafına daha da təkan verəcək.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AFFA-nın prezidenti Rövnəq Abdullayev bildirib.

"Bu bizim üçün böyük qələbədir. İndiyə qədər bizə dünya çempionatında oynamaq nəsib olmamışdı. İnanıram ki, bu uğur Azərbaycanda futbolun inkişafına daha da təkan verəcək".

Qeyd edək ki, bu gün Azərbaycan millisi futzal üzrə dünya çempionatının "play-off" mərhələsinin cavab görüşündə Hollandiya yığması ilə qarşılaşıb. Matç 4:4 hesabı ilə başa çatsa da, ümumi nəticədə (9:5) qalib olan yığmamız final mərhələsinə vəsiqə qazanıb.

Son xəbərlər

Orphus sistemi