AFFA-nın təşkilatçılığı ilə UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun V mərhələsi başlayıb

AFFA-nın təşkilatçılığı ilə UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun V mərhələsi başlayıb Bu mərhələ dekabrın 16-dək davam edəcək
Futbol
12 Dekabr , 2017 19:45
AFFA-nın təşkilatçılığı ilə UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun V mərhələsi başlayıb

Bakı. 12 dekabr. REPORT.AZ/ Bu gündən etibarən Bakıda AFFA-nın təşkilatçılığı ilə UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun V mərhələsi başlayıb.

“Report” Milli Assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, ilk gündə AFFA-nın Hüquq və kadr məsələləri şöbəsinin baş hüquqşünası Kamran Cəbrayılov “Transfer siyasəti”, Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov isə “Dünya futbolunun strukturu və klubların lisenziyalaşdırılması” mövzusunda mühazirə oxuyub.

Bu mərhələ dekabrın 16-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi