AFFA-nın stadionlar və federasiyalara ayırdığı vəsaitin məbləği məlum oldu

AFFA-nın stadionlar və federasiyalara ayırdığı vəsaitin məbləği məlum oldu AFFA 2020-ci ildə stadionların, futbol akademiyasının, milli komandaların məşq mərkəzinin saxlanılmasına 2 944 588 manat vəsait ayırıb.
Futbol
29 Yanvar , 2021 12:38
AFFA-nın stadionlar və federasiyalara ayırdığı vəsaitin məbləği məlum oldu

AFFA 2020-ci ildə stadionların, Futbol Akademiyasının, Milli Komandaların Məşq Mərkəzinin saxlanılmasına ümumilikdə 2 milyon 944 min 588 manat vəsait ayırıb.

"Report"un məlumatına görə, məbləğin 342 min manatı Bakı Olimpya Stadionuna, 662 min 252 manatı "Dalğa Arena"ya, 351 min 340 manatı Bayıl stadionu və akademiyasına, 274 min 178 manatı Təlim-Məşq Mərkəzinə, 206 min 871 manatı Futbol Akademiyasına, 138 min 802 manatı "Bakcell Arena"ya, 86 min 835 manatı Binə stadionuna, 87 min 216 manatı Ağsu stadionuna, 795 min 94 manatı isə digər stadionlar və məşq meydançalarına xərclənilib.

Federasiyalar və üzvlərə ayrılan vəsaitlər 2 milyon 59 min 820 manat təşkil edib. Bunun 574 000 manatı Futzal Federasiyasına, 239 min 438 manatı Regional Futbol Federasiyasına, 209 min 495 manatı Futbol Veteranları İttifaqına, 625 min manatı Peşəkar Futbol Liqasına, 141 min 400 manatı Çimərlik Futbolu Federasiyasına, 19 min 600 manatı İctimai Futbol Federasiyasına, 17 min manatı Tələbə Futbol Federasiyasına, 166 min manatı Uşaq və Gənclər Federasiyasına, 44 min 687 manatı Əlillər Futbol Federasiyasına, 4 min manatı Sahə Futbol Federasiyasına, 19 mim 200 manatı İsgəndər Cavadov Bakı Futbol Akademiyasına sərf olunub.

Ümumi sair sərclər isə 5 milyon 4 min 408 manat olub.

Son xəbərlər

Orphus sistemi