AFFA-nın prezidenti Qətər-Azərbaycan yoldaşlıq görüşünü dəyərləndirib

AFFA-nın prezidenti Qətər-Azərbaycan yoldaşlıq görüşünü dəyərləndirib Rövnəq Abdullayev: "Futbolçularımızı təbrik edirəm. Yaxşı oyun sərgilədilər"
Futbol
120
10 Mart , 2017 19:44
AFFA-nın prezidenti Qətər-Azərbaycan yoldaşlıq görüşünü dəyərləndirib
Report.az

Bakı. 10 mart. REPORT.AZ/ "Futbolçularımızı təbrik edirəm. Yaxşı oyun sərgilədilər".

"Report"un məlumatına görə, bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasının yoldaşlıq görüşündə Qətər yığması üzərində 2:1 hesablı səfər qələbəsini dəyərləndirərkən deyib.

Onun sözlərinə görə, oyunu yayımlamaq imkanının olmaması Qətərin istəyi ilə olub: "Bizim oyunumuzu kim izləyəcəkdi ki? Almaniya? Onlar bizim oyun sirlərimizi öyrənəcəkdilər? Qətər tərəfi belə istəyibsə, problem yoxdur. Millimiz normal çıxış etdi. Yəqin ki, oyunun videoyazısını göstərərlər".

R.Abdullayev Almaniya ilə martın 26-da Bakıda keçirəcəkləri 2018-ci il dünya çempionatının seçmə qrup matçına hazırlıq barədə də danışıb: "Hazırlıq prosesi qaydasında gedir. Görək, necə olacaq. Hər şey mümkündür. Top yumru, meydan düzdür".

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Almaniya görüşü saat 20:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi