AFFA prezidenti milli komandanın heyəti ilə görüşdü

AFFA prezidenti milli komandanın heyəti ilə görüşdü AFFA-nın prezidenti Rövnəq Abdullayev "Dalğa Arena"da Azərbaycan milli komandasının heyəti ilə görüşüb
Futbol
184
20 Mart , 2021 19:53
AFFA prezidenti milli komandanın heyəti ilə görüşdü

AFFA-nın prezidenti Rövnəq Abdullayev "Dalğa Arena"da Azərbaycan milli komandasının heyəti ilə görüşüb.

“Report” AFFA-ya istinadən xəbər verir ki, təlim-məşq toplanışının Novruz bayramı günlərində keçirildiyini qeyd edən AFFA-nın prezidenti ilk növbədə komanda üzvlərini xalqımızın əziz bayramı münasibətilə təbrik edib. Rövnəq Abdullayev dünya çempionatının seçmə mərhələsi ərəfəsində millimizə uğurlar arzulayıb.

Millimizin baş məşqçisi Canni De Byazi toplanışın gedişi barədə qısa məlumat verib, xoş sözlərə görə AFFA prezidentinə komanda adından təşəkkür edib.

Son xəbərlər

Orphus sistemi