AFFA-nın prezidenti Bayıl Məşq Mərkəzinin açılışında iştirak edib

AFFA-nın prezidenti Bayıl Məşq Mərkəzinin açılışında iştirak edib Mərkəzin inşası üçün maliyyə vəsaiti AFFA-nın müraciətinə əsasən, UEFA tərəfindən ayrılıb
Futbol
20 Dekabr , 2017 16:50
AFFA-nın prezidenti Bayıl Məşq Mərkəzinin açılışında iştirak edib
Affa.az

Bakı. 20 dekabr. REPORT.AZ/ Bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayev və İcraiyyə Komitəsinin üzvlərinin iştirakı ilə Bayıl Məşq Mərkəzinin açılış mərasimi təşkil olunub.

“Report” milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, R.Abdullayev İcraiyyə Komitəsinin üzvləri Kazbek Tuayev və İsgəndər Cavadovla birgə rəmzi qırmızı lenti kəsdikdən sonra məşq mərkəzinə baxış keçirilib.

AFFA rəsmiləri mərkəzdə futbolçular üçün yaradılmış şəraitlə tanış olub, fitnes zalına baxıblar. Mərkəzdəki 16 otaqda eyni zamanda 36 futbolçu və məşqçi yerləşdirilə bilər. Otaqların ölçüsünə müvafiq olaraq çarpayıları artırıb sayı 42-yə çatdırmaq mümkündür. Bütün otaqlarda sanitar qovşaq mövcuddur. Eyni zamanda camaşırxana və kafe də fəaliyyət göstərəcək.

AFFA ilə qarşılıqlı razılıq əsasında Bayıl Məşq Mərkəzindən həm yığma komandalar, həm də “Səbail” klubu yararlana biləcək.

Bayıl Məşq Mərkəzinin inşası üçün maliyyə vəsaitini AFFA-nın müraciətinə əsasən, UEFA ayırıb.

Son xəbərlər

Orphus sistemi