AFFA-nın növbəti Hesabat Konfransının vaxtı və yeri açıqlanıb

AFFA-nın növbəti Hesabat Konfransının vaxtı və yeri açıqlanıb Toplantıda 9 məsələ müzakirə olunacaq
Futbol
27 Yanvar , 2015 11:24
AFFA-nın növbəti Hesabat Konfransının vaxtı və yeri açıqlanıb

Bakı. 27 yanvar. REPORT.AZ/ AFFA-nın növbəti Hesabat Konfransı martın 6-da "Hilton" hotelində keçiriləcək. "Report"un məlumatına görə, AFFA-nın Nizamnaməsinə uyğun təşkil olunacaq Konfransın Gündəliyinə 9 məsələ salınıb. 

Federasiya prezidenti tərəfindən salamlama və yığıncağın tərkibinin yoxlanılmasından sonra AFFA İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabat təqdim olunacaq, maliyyə hesabatı təsdiqlənəcək, müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatı dinləniləcək. Daha sonra növbəti ilin büdcəsi təsdiqlənəcək, hər hansı vakant vəzifəyə seçkilər keçiriləcək və AFFA üzvlərinin təklifləri qəbul olunacaq. Toplantıda digər məsələlərin də müzakirəsi nəzərdə tutulub. 

Qeyd edək ki, iclas saat 11:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi