AFFA-nın müraciətindən sonra erməni futbolçuya xəbərdarlıq edildi

AFFA-nın müraciətindən sonra erməni futbolçuya xəbərdarlıq edildi Slovakiya Futbol İttifaqı "Jilina" klubunun futbolçusu Vahan Bıçakçıyana xəbərdarlıq edib.
Futbol
30 Oktyabr , 2020 13:18
AFFA-nın müraciətindən sonra erməni futbolçuya xəbərdarlıq edildi
Vahan Bichakhchyan

Slovakiya Futbol İttifaqı "Jilina" klubunun üzvü Vahan Bıçakçıyana xəbərdarlıq edib.

"Report"un məlumatına görə, buna səbəb 21 yaşlı yarımmüdafiəçinin Slovakiya Super Liqasında DAK-la matçda təxribata yol verməsidir.

Bıçakçıyan qol vurduqdan sonra oyun geyiminin altındakı futbolkanın üzərində yazılmış Ermənistan əsgərlərinə dəstək şüarını (ingilis və erməni dillərində) nümayiş etdirib.

Məsələ ilə bağlı AFFA tərəfindən SFZ-yə məktub ünvanlanıb, mövcud qaydalara əsasən futbol matçları zamanı hər hansı siyasi şüarların səsləndirilməsinin və ya nümayişinin qadağan olunduğu qeyd edilib.

Assosiasiyanın müraciətinə cavab verilib. Məktubda qeyd olunub ki, AFFA-nın müraciətinə uyğun olaraq, məsələyə İntizam Komitəsi tərəfindən baxılıb və Vahan Bıçakçıyana yol verdiyi hərəkətə görə intizam sanksiyası tətbiq edilərək xəbərdarlıq olunub.

Xatırladaq ki, UEFA-nın əməkdaşı Monika Mxitaryan da bir müddət əvvəl sosial şəbəkədə tarixi Azərbaycan torpaqları ilə bağlı həqiqətə uyğun olmayan paylaşımlar etdiyi üçün AFFA Avropa futbol təşkilatına müraciət edib, UEFA-nın məsələni araşdırmağa başlamasından sonra M.Mxitaryan həmin paylaşımları sosial şəbəkələrdən silib.

Son xəbərlər

Orphus sistemi