UEFA "Keşlə" ilə bağlı müraciəti müsbət cavablandırıb

UEFA "Keşlə" ilə bağlı müraciəti müsbət cavablandırıb AFFA Lisenziyalaşdırma Qrupunun “Şamaxı” Futbol Klubunun “Keşlə”nin varisi kimi tanınması və “3 illik üzvlük qaydası”nın istisna edilməsi üçün müraciətinə UEFA-nın Klubların Maliyyə Nəzarəti üzrə Orqanı (CFCB) müsbət cavab verib
Futbol
6 aprel 2022 05:37
UEFA Keşlə ilə bağlı müraciəti müsbət cavablandırıb

UEFA "Keşlə" klubunun ad dəyişiklinə İstisna yanaşmanın tətbiq olunması ilə bağlı AFFA-nın müraciətini cavablandırıb.

"Report"un milli assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, Lisenziyalaşdırma Qrupunun “Şamaxı” Futbol Klubunun “Keşlə”nin varisi kimi tanınması və “3 illik üzvlük qaydası”nın istisna edilməsi üçün müraciətinə UEFA-nın Klubların Maliyyə Nəzarəti üzrə Orqanı (CFCB) müsbət cavab verib.

UEFA-nın “Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play” qaydalarında UEFA lisenziyasının alınması üçün tələb olunan meyarlardan biri də lisenziya iddiaçısının lisenziyalaşdırma mövsümünün əvvəlində ən azı ardıcıl 3 il ərzində fəaliyyət göstərməsi və daxili yarışlarda iştirak etməsidir.

AFFA-nın müvafiq müraciəti nəzərə alınaraq, təqdim olunmuş sənədlərə əsasən UEFA-nın Klubların Maliyyə Nəzarəti üzrə Orqanı (CFCB) müsbət qərar qəbul edib.

Son xəbərlər

Orphus sistemi