AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyəti standartlara uyğundur

AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyəti standartlara uyğundur SGS şirkəti 2016-cı ildə apardığı yoxlamanın nəticələrini açıqlayıb
Futbol
14 Fevral , 2017 22:55
AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyəti standartlara uyğundur

Bakı. 14 fevral. REPORT.AZ/ İsveçrənin SGS şirkəti 2016-cı ildə AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyəti ilə bağlı apardığı yoxlamanın nəticələrini açıqlayıb.

"Report"un verdiyi xəbərə görə, şirkət tərəfindən AFFA-ya ünvanlanmış təbrik məktubunda qeyd olunub ki, AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyəti UEFA-nın Klubların Lisenziyalaşdırma üzrə keyfiyyət standartlarına uyğundur və Lisenziyalaşdırma qrupu 2017-18-ci il Lisenziyalaşdırma mövsümü çərçivəsində Azərbaycan klublarının UEFA yarışlarında iştirakı ilə bağlı lisenziyalaşdırma prosesini həyata keçirmək hüququna malikdir.

SGS şirkəti müvafiq yoxlamaları UEFA-nın sifarişi əsasında həyata keçirir.

Son xəbərlər

Orphus sistemi