AFFA-nın Lisenziya Komissiyasının iclasının vaxtı açıqlanıb

AFFA-nın Lisenziya Komissiyasının iclasının vaxtı açıqlanıb Toplantıda UEFA və Premyer Liqa yarışlarında iştirak etmək məqsədilə edilən müraciətlərə baxılacaq
Futbol
4 May , 2017 11:50
AFFA-nın Lisenziya Komissiyasının iclasının vaxtı açıqlanıb

Bakı. 4 may. REPORT.AZ/ AFFA-nın inzibati binasında mayın 12-də Lisenziya Komissiyasının iclası keçiriləcək.

“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, toplantıda 2017-2018-ci il lisenziyalaşdırma mövsümündə UEFA və Premyer Liqa yarışlarında iştirak etmək məqsədilə lisenziya üçün müraciət edən klubların ərizələrinə baxılacaq və müvafiq qərarlar qəbul olunacaq.

Qeyd edək ki, 2016-17-ci il mövsümünün yekunlarına əsasən “Qarabağ”, “Qəbələ”, “İnter” və “Zirə” komandaları avrokuboklara vəsiqə qazanıblar. I divizionda isə “Turan Tovuz”, “Səbail” və “Ağsu” mükafatçılar sırasına düşməklə elitada çxış etmək hüququ qazanıblar.  

Son xəbərlər

Orphus sistemi