AFFA-nın iştirakçısı olduğu layihə üçün Avropa Birliyindən qrant ayrıldı

AFFA-nın iştirakçısı olduğu layihə üçün Avropa Birliyindən qrant ayrıldı SportEnt – idmançılara ikili karyera imkanı yaradılmasını nəzərdə tutan layihəyə Avropa Birliyinin Erasmus+ proqramı çərçivəsində qrant ayrılıb.
Futbol
19 İyun , 2020 13:17
AFFA-nın iştirakçısı olduğu layihə üçün Avropa Birliyindən qrant ayrıldı

SportEnt – idmançılara ikili karyera imkanı yaradılmasını nəzərdə tutan layihəyə Avropa Birliyinin Erasmus+ proqramı çərçivəsində qrant ayrılıb.

"Report"un məlumatına görə, layihədə AFFA-dan başqa Sloveniya Futbol Assosiasiyası, Makedoniya Futbol Federasiyası, Beynəlxalq Basketbol Federasiyası, "TDM 2000 International" (İtaliya), "Caceres Chamber of Commerce" (İspaniya) və "EU15 ltd" (Birləşmiş Krallıq) şirkətləri iştirak edir.

Layihə çərçivəsində idmançıları idmanda qazanılmış xüsusiyyətlərə əlavə olaraq sahibkarlıq təlimləri vasitəsilə şəxsi işini qurmağa hazırlamaq nəzərdə tutulub. Məqsəd idmanla məşğul olan şəxslərə (18-30 yaş) öz sahibkarlıq bacarıqlarını inkişaf etdirməklə məşğulluq potensialını artırmaq üçün real imkanlar yaradacaq təlimlər və tədris materialları hazırlamaqdır. Futbol digər idman növlərinə tətbiq edilə biləcək metodoloji nümunə kimi götürüləcək. Layihənin ilk mərhələsi olaraq iştirakçı ölkələrdə futbolçular arasında futboldan sonrakı karyeraları ilə bağlı sorğu keçirilir. Layihə ilə bağlı ətraflı məlumatı www.sportent.org internet səhifəsindən əldə etmək olar.

Avropa Komisiyası və UEFA arasında Avropada idmana birgə investisiya ilə bağlı bəyənnamə imzalanıb və bu Avropa birliyinə üzv olan və olmayan ölkələrin Milli Assosiasiyalarına müxtəlif layihələr üzrə birbaşa investisiya və dəstək proqramlarında iştirak üçün şərait yaradır.

Son xəbərlər

Orphus sistemi