Bakı. 5 oktyabr. REPORT.AZ/ AFFA-nın İntizam Komitəsi “Qəbələ” klubunu cərimələyib.
“Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna Azərbaycan Premyer Liqasının VII turunda “Kəpəz”lə ev oyunu zamanı 4 futbolçunun sarı vərəqə alması səbəb olub. "Qəbələ" 800 manat ziyana düşüb.
Qeyd edək ki, Qəbələ şəhər stadionundakı oyun qonaqların 2:0 hesablı qələbəsi ilə nəticələnib.