AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilir

AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilir Bakı. 24 iyul. REPORT.AZ/ Bu gün AFFA-nın İcraiyyə Komitəsinin iclası start götürüb. “Report”un məlumatına görə, toplantı milli assosiasiyanın inzibati binasında keçirilir.
Futbol
24 İyul , 2018 10:09
AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilir
Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 24 iyul. REPORT.AZ/ Bu gün AFFA-nın İcraiyyə Komitəsinin iclası start götürüb. “Report”un məlumatına görə, toplantı milli assosiasiyanın inzibati binasında keçirilir.

İclasda AFFA prezidenti Rövnəq Abdullayev, I vitse-prezident Rauf Əliyev, vitse-prezidenti Elşad Nəsirov, üzvlərdən AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov, Futzal Federasiyasının prezidenti Zaur Axundov, təhsil nazirinin müavini Firudin Qurbanov, veteran futbolçu İskəndər Cavadov iştirak edirlər. Komitə üzvlərindən xarici işlər naziri Elmar Məmmədyarov, Çempionlar Liqasının II təsnifat mərhələsində "Kukesi" ilə ilk oyun üçün Albaniyaya gedən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov, Sahə Futbol Federasiyalarının prezidenti Mahir Məmmədov, veteran futbolçu Kazbek Tuayev toplantıya qatılmayıb.İclasda eyni zamanda AFFA-nın baş katibi Elxan Məmmədov, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və digər rəsmi şəxslər yer alıblar.

İcraiyyə Komitəsinin 2018/2019 mövsümündə I Divizion və əvəzedicilərin çempionatının təşkili ilə bağlı qərarlar qəbul edəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi