AFFA-nın İcraiyyə Komitəsinin iclası işə başlayıb

AFFA-nın İcraiyyə Komitəsinin iclası işə başlayıb Toplantıda Azərbaycan Premyer Liqası ilə bağlı məsələlər əsas müzakirə mövzusu olacaq
Futbol
11 May , 2018 10:04
AFFA-nın İcraiyyə Komitəsinin iclası işə başlayıb
Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 11 may. REPORT.AZ/ Bu gün AFFA-nın İcraiyyə Komitəsinin (İK) iclası start götürüb.

“Report”un məlumatına görə, toplantı milli assosiasiyanın inzibati binasında keçirilir.

İclasda İK üzvlərindən Zaur Axundov, Mahir Məmmədov və Elmar Məmmədyarov hələlik iştirak etmirlər. 

Toplantıda eyni zamanda AFFA-nın baş katibi Elxan Məmmədov, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, AFFA-nın Texniki Departamentinin rəhbəri Berhnard Lippert və digər rəsmi şəxslər yer alıblar. 

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. Azərbaycan Premyer Liqası klublarının əvəzedici komandaları arasında keçirilən çempionatla bağlı Klublar Komitəsinin 1 may tarixli iclasında klubların irəli sürdüyü təkliflərin müzakirəsi;

2. Azərbaycan Premyer Liqasında gənc futbolçularla bağlı limit;

3. Lisenziyalaşdırma prosesi ilə bağlı məlumat;

4. Digər məsələlər.

Son xəbərlər

Orphus sistemi