AFFA-nın əməkdaşı beynəlxalq forumda iştirak edir

AFFA-nın əməkdaşı beynəlxalq forumda iştirak edir Bakı. 11 dekabr. REPORT.AZ/ Bu gün Ukraynanın paytaxtı Kiyevdə FİFA və UEFA-nın dəstəyi, Ukrayna Futbol Federasiyasının Etika və Fair Play Komitəsinin təşkilatçılığı ilə Danışılmış oyunlara qarşı mövzusunda forum keçirilir.
Futbol
11 Dekabr , 2018 18:23
AFFA-nın əməkdaşı beynəlxalq forumda iştirak edir

Bakı. 11 dekabr. REPORT.AZ/ Bu gün Ukraynanın paytaxtı Kiyevdə FİFA və UEFA-nın dəstəyi, Ukrayna Futbol Federasiyasının Etika və Fair Play Komitəsinin təşkilatçılığı ilə "Danışılmış oyunlara qarşı" mövzusunda forum keçirilir.

"Report" AFFA-nın saytına istinadən xəbər verir ki, iki gün davam edəcək forumun keçirilməsində məqsəd qonşu ölkələrin nümayəndələri ilə “Fair Play” məsələləri və aidiyyatı təhqiqatların aparılması mövzusunda təcrübə mübadiləsi aparmaqdır. FİFA, UEFA, Ukrayna, Slovakiya, Latviya, Polşa, Çexiya, Gürcüstan və Litva futbol federasiyalarının nümayəndələrinin iştirak etdiyi forumda AFFA-nı UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli təmsil edir. Forum zamanı FİFA və UEFA-nın, eləcə də federasiyaların əməkdaşları arasında ikitərəfli görüşlər keçirilir.

Son xəbərlər

Orphus sistemi