AFFA-nın Elit Məşq layihəsi yenidən fəaliyyətə başlayıb - VİDEO

AFFA-nın Elit Məşq layihəsi yenidən fəaliyyətə başlayıb - VİDEO 2010-cu ildə başlanan, lakin bir müddət dayandırılan Elit məşq layihəsi yenidən fəaliyyətə başlayıb.
Futbol
27 Noyabr , 2019 18:25
AFFA-nın Elit Məşq layihəsi yenidən fəaliyyətə başlayıb - VİDEO

2010-cu ildə başlanan, lakin bir müddət dayandırılan "Elit məşq" layihəsi yenidən fəaliyyətə başlayıb.

AFFA-dan "Report"a verilən məlumata görə, paytaxt və bölgələrdən istedadlı futbolçuları seçərək onları müxtəlif yaş qrupları üzrə millilər üçün yetişdirmək, ustalıq səviyyələrini artırmaq, layihənin əsas məqsədidir. Oktyabrdan başlayaraq 2005 - 2008-ci il təvəllüdlü yeniyetmələr layihənin rəhbəri Miloş Velebitin tərtib etdiyi proqram əsasında "Dalğa Arena"da bacarıqlarını təkmilləşdirirlər.

27 nəfərlik məşqçi heyəti, 8 nəzarətçi və 150 futbolçunun qatıldığı Elit-məşq 4 aylıq test müddətində davam edəcək. Hər 2-3 aydan sonra layihə üzvləri yenidən Bakıda təlim-məşq toplanışına yığışacaqlar. 

Son xəbərlər

Orphus sistemi