AFFA-nın cəzalandırdığı futbolçu: "Canelidze dedi ki, bir qol da vurun, "stavka"m düz gəlsin"

AFFA-nın cəzalandırdığı futbolçu: "Canelidze dedi ki, bir qol da vurun, "stavka"m düz gəlsin" "Bu, legionerə yaraşmayan ifadədir"
Futbol
6 Dekabr , 2016 15:09
AFFA-nın cəzalandırdığı futbolçu: Canelidze dedi ki, bir qol da vurun, stavkam düz gəlsin

Bakı. 6 dekabr. REPORT.AZ/ "David Canelidze yüksək liqada oynayan futbolçuya yaraşmayan kəlmə işlətdi. Bu, Azərbaycanda çıxış edən legionerə də yaraşmayan ifadədir".

Bunu "Report"a açıqlamasında I Divizionda çıxış edən "Rəvan" klubunun futbolçusu Zahid Quliyev Azərbaycan Kubokunun 1/8 final mərhələsində AZAL-la keçirdikləri oyunun sonlarında baş verənlərlə bağlı danışarkən deyib.

Futbolçu AFFA-nın intizam Komitəsi tərəfindən 7 oyunluq cəzaya səbəb olan hərəkətini belə izah edib: "O, oyunda hesab AZAL-ın xeyrinə 4:0 olduqdan sonra rusca "Birini də vurun, mənim də "stavkam" düz gəlsin" dedi. Mən də rusca bildiyim üçün onun adımızın "danışılmış oyunlar"da hallanmasına işarə vurduğunu anladım. Bu sözləri bizimlə məzələnmək, yoxsa həqiqətən də oyuna pul qoyuluşu etdiyi üçün dediyini bilmirəm. Amma hər halda cavabını vermək üçün epizodların birində Canelidzeni kürəyindən təpiklə vurdum. Bundan sonra baş hakim Fariz Yusifov mənə qırmızı vərəqə göstərdi. Meydandan çıxanda hamı məndən "Nə olub?" deyə soruşdu. Mənim üçün həmin vaxt komanda yoldaşlarıma nə baş verdiyini izah etmək çətin idi".

O, rəqibin etnik mənsubiyyətinə qarşı təhqiramiz ifadə işlətmədiyini bildirib: "Ona heç bir senzuradankənar söz deməmişəm. Sadəcə, vurmuşam. Onsuz da indi İntizam Komitəsi istədiyi cəzanı verir. "Rəvan"ın nə vəziyyətdə olduğuna fikir verən yoxdur. Onsuz da yıxılırıq, bunlar da balta vururlar".

Qeyd edək ki, həmin görüş AZAL-ın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi