AFFA-nın birinci vitse-prezidenti milli komanda ilə görüşüb

AFFA-nın birinci vitse-prezidenti milli komanda ilə görüşüb AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev Boulevard Hoteldə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvləri ilə görüşüb.
Futbol
3 Sentyabr , 2019 14:42
AFFA-nın birinci vitse-prezidenti milli komanda ilə görüşüb

AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev "Boulevard Hotel"də 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvləri ilə görüşüb.

“Report” milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, qurum rəsmisi milliyə Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunlarda uğurlar arzulayıb. Komandanın baş məşqçisi Milan Obradoviç komanda adından çıxış edərək AFFA rəhbərliyinə təşəkkürünü bildirib. AFFA-nın Texniki direktoru Bernhard Lippert görüşdə iştirak edib.

Qeyd edək ki, U-21 Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da Slovakiya, 4 gün sonra isə Gürcüstan yığmaları ilə qarşılaşacaq. Hər iki oyun "Dalğa Arena"da keçiriləcək və saat 20:30-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi