​AFFA-nın baş katibi Portuqaliya Futbol Federasiyasının yubileyində iştirak edib

​AFFA-nın baş katibi Portuqaliya Futbol Federasiyasının yubileyində iştirak edib Tədbir Portuqaliya Futbol Federasiyasının yaradılmasının 100 illik yubileyi ilə əlaqədar olaraq keçirilir
Futbol
14 Yanvar , 2015 16:56
​AFFA-nın baş katibi Portuqaliya Futbol Federasiyasının yubileyində iştirak edib

Bakı. 14 yanvar. REPORT.AZ/ AFFA-nın baş katibi Elxan Məmmədov bu gün Portuqaliya Futbol Federasiyasının dəvəti əsasında “Football Talks 2015” konfransında iştirak edib. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, konfransa UEFA-nın prezidenti Mişel Platini, həmçinin Avropa futbol təşkilatının İcraiyyə Komitəsinin üzvləri də qatılıblar.

Tədbir Portuqaliya Futbol Federasiyasının yaradılmasının 100 illik yubileyi ilə əlaqədar olaraq keçirilir.

Son xəbərlər

Orphus sistemi