AFFA-nın baş katibi Londonda “Leaders in sport” sammitində iştirak edib

AFFA-nın baş katibi Londonda “Leaders in sport” sammitində iştirak edib Bakı. 10 oktyabr. REPORT.AZ/ AFFA-nın baş katibi Elxan Məmmədov İngiltərənin paytaxtı Londonda “Stemford Bric” stadionunda “Leaders in sport” sammitində iştirak edib.
Futbol
10 Oktyabr , 2018 17:47
AFFA-nın baş katibi Londonda “Leaders in sport” sammitində iştirak edib

Bakı. 10 oktyabr. REPORT.AZ/ AFFA-nın baş katibi Elxan Məmmədov İngiltərənin paytaxtı Londonda “Stemford Bric” stadionunda “Leaders in sport” sammitində iştirak edib.

“Report” milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə müxtəlif idman növləri üzrə dünyanın bir çox ölkələrini təmsil edən federasiyaların rəsmiləri ilə yanaşı, idmana bu və ya digər şəkildə bağlılığı olan tanınmış şirkət və təşkilatların təmsilçiləri də qatılıb.

2019-cu ildə Bakıda təşkil olunacaq UEFA Avropa Liqası turnirinin final qarşılaşmasının yerli təşkilat komitəsinin üzvləri də sammitdə təmsil olunur. Nümayəndə heyətinin rəhbəri E.Məmmədov sammitdə bir sıra rəsmi şəxslərlə işgüzar görüşlər keçirib.

Son xəbərlər

Orphus sistemi