AFFA-nın baş katibi “Liverpul”un baş məşqçisinin fikirlərinə münasibət bildirib

AFFA-nın baş katibi “Liverpul”un baş məşqçisinin fikirlərinə münasibət bildirib AFFA-nın baş katibi Elxan Məmmədov “Liverpul”un baş məşqçisi Yurgen Kloppun Bakıda keçiriləcək UEFA Avropa Liqası finalı ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
Futbol
11 May , 2019 17:24
AFFA-nın baş katibi “Liverpul”un baş məşqçisinin fikirlərinə münasibət bildirib

AFFA-nın baş katibi Elxan Məmmədov “Liverpul”un baş məşqçisi Yurgen Kloppun Bakıda keçiriləcək UEFA Avropa Liqası finalı ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. 

"Report"un xəbərinə görə, E.Məmmədov Y.Kloppun sözlərinə təəccübləndiyini deyib. 

"O, hər zaman son dərəcə pozitiv insan təsiri bağışlayırdı. Bundan əlavə, hamımıza bəllidir ki, Klopp çox gözəl nəticələrə nail olmuş böyük futbol mütəxəssisidir. Bununla belə, futbolun coğrafiyasının məhdudlaşdırılması ilə bağlı onun səsləndirdiyi fikirlərlə qəti surətdə razı deyiləm. Biz futbol dəyərlərinə hörmətlə yanaşmalı və onu irəli aparmalıyıq. Futbolun ən vacib dəyərlərindən biri isə onun sərhədlərinin genişləndirilməsi, futbolun qloballaşmasıdır", E.Məmmədov deyib. 

Onun fikrincə, Avropa artıq çoxdan qitənin qərb hissəsinin sərhədlərindən kənara çıxıb: "Əminəm ki, Şərqi Avropada keçirilən beynəlxalq oyunlar, avrokubokların finalları həmin ölkələrdə futbolun inkişafına, yeniyetmə və gənclər arasında populyarlığının artmasına müsbət təsir göstərir. Bəzilərinin spektik yanaşmasına baxmayaraq, biz Rusiayada mötəşəm şəkildə təşkil olunmuş dünya çempionatının şahidi olduq. Eyni sözləri Kiyevdə keçirilmiş Çempionlar Liqası finalı və ÇL-də 10 il əvvəlki İstanbul finalı barəsində də demək olar. Bəli, ola bilər ki, Çempionlar Liqası finalı ilə əlaqədar bu il Madriddə qiymətlər qalxıb, amma bu, bazar iqtisadiyyatının kənar təsirlədir və böyük idman tədbirləri ərəfəsində bu cür hallar baş verir. O fikirlə də razıyam ki, Londondan Bakıya avtobusla gəlmək çətindir, amma məsafələr əsl azarkeşlər üçün nə vaxt maneə olub ki?! Xatırlatmaq istəyirəm ki, Avropa Liqasının final oyunu üçün tenderdə 3 şəhər iştirak edirdi – İstanbul, Sevilya və Bakı. Digər ölkələrin iştirakına heç kim mane olmurdu. Əminəm ki, Bakıda böyük futbol bayramı olacaq. Eləcə də, Madriddə də eyni şeylərin yaşanacağına əminəm. Finala gözəl hazırlaşmışıq. Otellərdə boş yerlər var, mağazalarda və restoranlarda kifayət qədər pivə almaq mümkündür, aviaşirkətlər əlavə çarter reysləri açmağı planlaşdırır. Deməli, indi hər kəsin öz işinə konsentrasiya olmasının əsl zamanıdır. Yurgen Kloppa isə tövsiyə etmək istərdik ki, ölkələri və paytaxtları avrokubokların finallarının keçirilməsi üçün layiqli və layiq olmayanlara bölmək əvəzinə, qlobal futbol dəyərlərinin təşviqi ilə məşğul olsun. O, populyar şəxsdir və onun fikirlərini bütün dünyada milyonlarla azarkeş dinləyir"

Son xəbərlər

Orphus sistemi