AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Neftçi”nin şikayətini təmin edib

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Neftçi”nin şikayətini təmin edib Bakı. 15 dekabr. REPORT.AZ/ AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Neftçi” klubu tərəfindən verilmiş şikayəti təmin edib.
Futbol
15 Dekabr , 2018 14:49
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Neftçi”nin şikayətini təmin edib

Bakı. 15 dekabr. REPORT.AZ/ AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Neftçi” klubu tərəfindən verilmiş şikayəti təmin edib.

“Report” milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, AFFA İntizam Komitəsinin 4 dekabr 2018-ci il il tarixli qərarı ilə Azərbaycan Premyer Liqasının XIII turu çərçivəsində keçirilən “Sabah”la səfər oyunu ilə bağlı “Neftçi”nin idman direktoru Ceyhun Sultanovun kütləvi informasiya vasitələrində hakimlər haqqında təhqiredici ifadələr işlətdiyinə görə cəzalandırıldığı oyun sayı 10-dan 5-ə, kluba tətbiq olunan cərimə 16 000 (on altı min) manatdan 8 000 (səkkiz min) manata endirilib.

Qeyd edək ki, matç “Neftçi”nin 2:1 hesablı qələbəsi ilə nəticələnib.

Son xəbərlər

Orphus sistemi