AFFA-nın 30 illik yubileyi münasibətilə turnir keçirilib

AFFA-nın 30 illik yubileyi münasibətilə turnir keçirilib AFFA-nın 30 illik yubileyi münasibətilə bu gün Bakı Olimpiya Stadionunda futbol festivalı təşkil olunub.
Futbol
29 Aprel , 2022 15:41
AFFA-nın 30 illik yubileyi münasibətilə turnir keçirilib

AFFA-nın 30 illik yubileyi münasibətilə Bakı Olimpiya Stadionunda futbol festivalı təşkil olunub.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, festivalda AFFA, Klublar, Veteranlar, Hakimlər, Sponsorlar, Azarkeşlər, Media və Könüllülərdən ibarət 8 komandanın iştirakı ilə futbol turniri keçirilib.

Üçüncü yer uğrunda oyunda Media və Sponsorlar komandaları qarşılaşıb. Rəqibini 2:1 hesabı ilə məğlub edən Media komandası turniri 3-cü pillədə başa vurub. Finalda isə AFFA və Veteranlar komandası üz-üzə gəlib. AFFA rəhbərliyi, futbol ictimaiyyətinin nümayəndələri və İcraiyyə Komitəsi üzvlərinin də izlədiyi həlledici qarşılaşma 4:3 hesabı ilə Veteranlar komandasının xeyrinə başa çatıb.

Final oyunundan sonra qalib komandaların mükafatlandırma mərasimi təşkil olunub. Mükafatlandırma mərasimində AFFA-nın prezidenti Rövnəq Abdullayev, icraçı vitse-prezident Elxan Məmmədov, baş katib Sərxan Hacıyev və AFFA-nın sabiq baş katibləri Çingiz İsmayılovla Fuad Əsədov iştirak edib.

Əvvəlcə turniri 3-cü pillədə başa vuran Media komandası mükafatlandırılıb. Media komandasının kapitanına medalı futbol veteranı, AFFA-nın sabiq baş katibi Çingiz İsmayılov təqdim edib. Turniri ikinci sırada tamamlayan AFFA komandasının kapitanına isə medalı AFFA-nın digər sabiq baş katibi Fuad Əsədov verib.

30 illik yubiley münasibətilə təşkil olunan futbol turnirinin qalibi olan Veteranlar komandasının kapitanı Yunis Hüseynova kuboku AFFA-nın prezidenti Rövnəq Abdullayev təqdim edib.

Son xəbərlər

Orphus sistemi