Bakı. 17 oktyabr.
"Report"un məlumatına görə, buna 29 yaşlı yarımmüdafiəçinin Azərbaycan Premyer Liqasının VIII turunda "Səbail" ilə səfər oyunu zamanı ikinci sarı vərəqə alması səbəb olub.
85-ci dəqiqədə meydandan kənarlaşdırılmış Meza Kolli həm də klubunu 200 manat ziyana salıb.
Qeyd edək ki, "Neftçi" Premyer Liqanın IX turunda Gəncədə "Kəpəz"lə üz-üzə gələcək. Oktyabrın 21-də keçiriləcək görüş saat 15:30-da başlayacaq.