​AFFA "Neftçi"nin futbolçusunu cəzalandırıb

​AFFA "Neftçi"nin futbolçusunu cəzalandırıb Jairo Rodriges 1 oyunluq cəzalanıb
Futbol
27 Oktyabr , 2015 15:01
​AFFA Neftçinin futbolçusunu cəzalandırıb

Bakı. 27 oktyabr. REPORT.AZ/ AFFA-nın İntizam Komitəsi "Neftçi"nin futbolçusu Jairo Rodrigesi 1 oyunluq cəzalandırıb. "Report" xəbər verir ki, buna braziliyalı müdafiəçinin AZAL komandası ilə Azərbaycan Premyer Liqasının IX tur matçının 90+4-cü dəqiqəsində sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılması səbəb olub. 

Klubun özü isə 200 manat cərimələnib.

Komandaların əvəzedici heyətlərinin qarşılaşmasında isə "təyyarəçilər"in futbolçusu Əfsər Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat ziyana düşüb.

Son xəbərlər

Orphus sistemi