​AFFA Məşqçilər Komitəsi Premyer Liqa klublarının qış toplanışını izləyəcək

​AFFA Məşqçilər Komitəsi Premyer Liqa klublarının qış toplanışını izləyəcək Komitə üzvləri 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin toplanışına da qatılacaq
Futbol
12 Yanvar , 2016 14:34
​AFFA Məşqçilər Komitəsi Premyer Liqa klublarının qış toplanışını izləyəcək

Bakı. 12 yanvar. REPORT.AZ/ AFFA Məşqçilər Komitəsi qış təlim-məşq toplanışını ölkə daxilində keçirəcək Premyer Liqa klublarının məşq və oyunlarını izləyəcək. Bu barədə "Report"a komitə sədri Vaqif Sadıqov məlumat verib.

Onun sözlərinə görə, yanvarın 12-də komitə üzvləri ilə görüş keçiriblər. Qərara alınıb ki, millinin baş məşqçisi Robert Prosineçki və köməkçiləri Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan klubları izləyəcəyindən Məşqçilər Komitəsi fəaliyyətini paytaxtda davam etdirsin: "Biz burada "CBC Sport Kuboku"nun oyunlarını izləyəcəyik. Klublarla görüş keçirmək, onların məşq proseslərini izləməyi planlaşdırmışıq. Bu baxımdan ilk görüşün "Neftçi" ilə olacağını düşünmüşük. Klublarla əlaqə saxlayıb məşq günləri təyin edəcəyik və hər bir komandanı nəzərdən keçirəcəyik. Yanvarın 13-də saat 11-də "Neftçi"nin məşqi heyəti ilə görüşəcəyik".

Komitə sədri bildirib ki, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Bakıda təlim-məşq toplanışı keçəcəyindən onları da diqqət mərkəzində saxlayacaqlar. 

V.Sadıqov komitədə boş qalmış yerə 5-ci üzvün kim olacağını isə AFFA rəhbərliyi ilə görüşdən sonra aydınlaşacağını deyib: "Üzvlərlə birgə namizədləri müəyyənləşdirib AFFA rəhbərliyinə təqdim etmişik. Rəhbərliklə görüşdən sonra yeni üzvün kim olacağı bilinəcək. Amma hələ görüşün vaxtı dəqiqləşməyib".

Son xəbərlər

Orphus sistemi