​AFFA Məşqçilər Komitəsi klub rəhbərləri ilə görüşəcək

​AFFA Məşqçilər Komitəsi klub rəhbərləri ilə görüşəcək U-19 yığması ilə də görüş olacaq
Futbol
11 Fevral , 2016 12:38
​AFFA Məşqçilər Komitəsi klub rəhbərləri ilə görüşəcək

Bakı. 11 fevral. REPORT.AZ/ "AFFA Məşqçilər Komitəsi Azərbaycan Premyer Liqasında çıxış edən klubların rəhbərləri ilə görüşəcək".

Bunu "Report"a açıqlamasında komitə sədri Vaqif Sadıqov deyib. 

Onun sözlərinə görə, ilk görüş AZAL klubu ilə keçiriləcək. Fevralın 11-də "təyyarəçilər"in məşqini izləyəcək komitə üzvləri daha sonra klub rəhbərliyi ilə görüşəcək: "İki gün sonra isə "Zirə"yə yollanacağıq. Orada da komandanın məşqini izləyib, rəhbərliklə görüşməyi planlaşdırmışıq. Daha sonra qısa fasilələrlərlə Premyer Liqadakı digər klublarla da görüş olacaq".

V.Sadıqov U-19 yığması ilə görüşəcəklərini də bildirib. O, fevralın 15-də Mərdəkanda təlim-məşq toplanışında olan komandanın düşərgəsinə yollanacaqlarını deyib.

Son xəbərlər

Orphus sistemi