AFFA maliyyə hesabatını təqdim etməyən klublara vəsait ayırmayacaq

AFFA maliyyə hesabatını təqdim etməyən klublara vəsait ayırmayacaq Bakı. 4 mart. REPORT.AZ/ Tovuz Futbol Akademiyasında təhsil alan uşaqlar Turan Tovuz klubuna məxsus olacaqlar. Onlar bazada qalaraq, təhsil alacaqlar. Klubun həmin futbolçuları başqa komandalara da satmaq imkanı olacaq.
Futbol
4 Mart , 2019 12:42
AFFA maliyyə hesabatını təqdim etməyən klublara vəsait ayırmayacaq

Bakı. 4 mart. REPORT.AZ/ "Tovuz Futbol Akademiyasında təhsil alan uşaqlar "Turan Tovuz" klubuna məxsus olacaqlar. Onlar bazada qalaraq, təhsil alacaqlar. Klubun həmin futbolçuları başqa komandalara da satmaq imkanı olacaq".

"Report"un məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib. Qurum rəsmisi bildirib ki, bütün klubların AFFA-nın uşaq futbolu üçün ayırdığı vəsaiti hara xərclədikləri maraqlıdır: "Biz bu vəsaiti klublara köçürdük. Amma qış fasiləsində əcnəbi futbolçuların alınmasından danışıldı. Mən gözləyirəm ki, mövsümün sonunda klublar vəsaiti hara xərclədiklərini açıqlayacaqlar. Bu, FIFA-nın tələbinə əsasən açıqlanmalıdır. 500 min avronun məhz bu mövsüm xərclənməli olduğu anlamına gəlməməlidir. Xərclər iki ili də əhatə edə bilər. Amma hesabatlar təqdim olunmasa və vəsaitin uşaq-yeniyetmələrin inkişafına sərf olunduğu açıqlanmasa, növbəti mövsüm həmin pul ödənilməyəcək".

Baş katib qadınlardan ibarət əsas yığmanın futbolçuların təşəbbüsü ilə bərpa edildiyini söyləyib: "2012-ci ildə qadınlardan ibarət millidə çıxış etmiş futbolçular bizdən xahiş etdilər ki, yığmanı bərpa edək. Milli 2021-ci il Avropa çempionatının seçmə mərhələsində mübarizə aparacaq. Komanda klub şəklində Çempionlar Liqasında da çıxış edəcək”. 

Son xəbərlər

Orphus sistemi