AFFA Kosovo ilə oyunlara dair qərarını açıqlayıb

AFFA Kosovo ilə oyunlara dair qərarını açıqlayıb "Kosova yığması ilə həm evdə, həm də səfərdə oynayacağıq"
Futbol
26 Yanvar , 2017 14:30
AFFA Kosovo ilə oyunlara dair qərarını açıqlayıb

Bakı. 26 yanvar. REPORT.AZ/ "Biz UEFA-nın qaydalarına uyğun olaraq, Kosovo yığması ilə həm evdə, həm də səfərdə oynayacağıq". 

Bunu "Report"a açıqlamasında AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının 2019-cu il Avropa çempionatının seçmə qrup mərhələsində Kosovo yığması ilə qarşılaşma haqqında danışarkən deyib.

M.Nərimanoğlu bildirib ki, futbol idman növüdür və bunun siyasətə heç bir qarışacağı yoxdur: "UEFA da siyasi qurum deyil, idman təşkilatıdır. Bu səbəbdən, Avropa futbol qurumunun qaydalarına əsasən, oyunlarımızı keçirəcəyik. Üstəlik Kosovo idmançıları "Bakı 2015" I Avropa Oyunlarında da iştirak edib".

Azərbaycan yığması AÇ-2019-un seçmə qrup mərhələsində Almaniya, İsrail, Norveç, İrlandiya və Kosova yığmaları ilə mübarizə aparacaq.

Qeyd edək ki, Azərbaycan Kosovonu müstəqil dövlət kimi tanımır. 

Son xəbərlər

Orphus sistemi