AFFA klublar üçün videokonfrans formatında iclas keçirdi

AFFA klublar üçün videokonfrans formatında iclas keçirdi Premyer Liqa və l Divizionda çıxış edən klubların nümayəndələri üçün Lisenziyalaşdırma qrupunun 2021-22-ci il lisenziyalaşdırma mövsümünün videokonfrans formatında açılış iclası keçirilib.
Futbol
871
30 Oktyabr , 2020 12:42
AFFA klublar üçün videokonfrans formatında iclas keçirdi

Premyer Liqa və l Divizionda çıxış edən klubların nümayəndələri üçün videokonfrans formatında iclas keçirilib.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iclas Lisenziyalaşdırma qrupunun 2021-2022-ci il lisenziyalaşdırma mövsümünə həsr edilib.

Toplantıda bəzi mövzular haqqında ətraflı məlumat verilib:

- Paket sənədlərdə və Lisenziyalaşdırma üzrə qaydalarda baş vermiş dəyişikliklərlə bağlı məlumat

- Ötən mövsümün icmalı

- Lisenziyalaşdırma qrupunun mövsüm ərzində planlaşdırılmış tədbirlər haqqında məlumatı

İclasın sonunda Lisenziyalaşdırma qrupunun əməkdaşları klub nümayəndələrinin suallarını cavablandırıb.

Son xəbərlər

Orphus sistemi