AFFA Klublar Komitəsinin növbəti iclası keçirilib

AFFA Klublar Komitəsinin növbəti iclası keçirilib Yığıncağa "Bakı", "Simurq" və "Qarabağ" klublarının rəsmiləri qatıla bilməyiblər
Futbol
22 Dekabr , 2014 20:41
AFFA Klublar Komitəsinin növbəti iclası keçirilib

Bakı. 22 dekabr. REPORT.AZ/ Bu gün AFFA Klublar Komitəsinin növbəti iclası keçirilib. "Report"un məlumatına görə, yığıncaqda "Bakı", "Simurq" və "Qarabağ" klublarından başqa, digər komandaların rəsmi nümayəndələri iştirak edib. "Bakı" və "Simurq" klublarının rəsmiləri oyunları təxirə salındığından, "Qarabağ" komandasının rəsmiləri isə üzrlü səbəbdən iclasa qatıla bilməyiblər.

AFFA Klublar Komitəsinin sədri Tuyqun Nadirov bildirib ki, yığıncaqda iştirak etməyən klub rəhbərləri ilə əlaqə saxlanılıb və onların fikirləri öyrənilib: "Qarşılıqlı şəkildə müzakirələr aparıldı. Bəzi məsələlər var ki, mən onu ictimaiyyətə açıqlaya bilmirəm. İlk olaraq Azərbaycan Premyer Liqasının sponsoru olan Topaz şirkəti ilə bağlı danışmaq istərdim. Biz növbəti iclaslarda Topazın klubların adından mərc oyunlarında istifadə etməsi ilə bağlı həmin şirkətin rəsmilərini də dəvət edəcəyik və bununla bağlı müzakirələr aparacağıq. İnanıram ki, bu müzakirələrdə müsbət nəticələr əldə olunacaq. Çünki Topaz ölkə çempionatının sponsorudur və onun klublara adiyyəti yoxdur. Ona görə də klubların adından istifadə etdiyi üçün həm onlarla əməkdaşılıq etməlidir, həm də onların hesabına müəyyən qədər vəsait ödəməlidir. Lakin bu vəsait klubların büdcəsinə birbaşa köçürülməyəcək. İlk olaraq AFFA-nın büdcəsinə köçürüləcək, federasiya da klublara verəcək".

Onun sözlərinə görə, iclasda ölkə çempionatının oyunlarının yayım məsələsi də müzakirə edilib: "Bölgə klublarından "Xəzər Lənkəran", "Qəbələ" və "Simurq"un bazasında yayım üçün bütün telekommunikasiya şəraiti var və yüksək səviyyədə yayım həyata keçirmək olar. Biz klubların yalnız öz bazalarında yayımı həyata keçirmələrilə bağlı müzakirələr apardıq. Belə ki, komandalar həmin görüntüləri telekanallara ötürə və kanallar da klubların büdcəsinə müəyyən qədər vəsait ödəyə bilərlər. Bununla da telekanallar pul ödədiyi üçün həmin oyunlara sponsor tapmaqda maraqlı olacaqlar. Telekanalın sponsoru olandan sonra klublarla daha rahat şəkildə əməkdaşlıq edə biləcəklər. Klublar daha da keyfiyyətli yayım təşkil edə bilərlər. Bunun üçün müqavilə imzalaya biləcəyimiz müəyyən şirkətlər var. Həmin müqaviləyə əsasən, şirkətlər klubların ev oyununu yüksək səviyyədə çəkib siqnallarla telekanala ötürə bilərlər".

T.Nadirov AFFA Klublar Komitəsinin "Bakı" klubunun hazırkı maliyə vəziyyətini nəzərə alaraq həmin komandadan "futbolçu oğurlamamaq" barədə qərara gəldiyini də söyləyib: "Çünki "Bakı"nın maddi durumu zəifdir. Ona görə də belə qərar qəbul etdik ki, futbolçunu şirnikləndirməklə, məsələn, "sən bir neçə aydır "Bakı"da maaş almırsan, gəl biz sənə bu qədər verək" deyərək öz klublarımıza cəlb etməyək. Ən azı yay mövsümünə qədər bu cür şeylər olmayacaq. Azərbaycanda futbolçuların legioner həyatı yaşamamasının səbəbi ölkə komandalarında daha çox maaş almalarıdır. Çünki onlar fikirləşirlər ki, burda çox qazanıram, gedib legioner həyatı yaşamaq nəyimə lazımdır".  

Son xəbərlər

Orphus sistemi