"Keşlə"nin oyunçusu hakimi təhqir etdiyi üçün 4 oyunluq cəza alıb

"Keşlə"nin oyunçusu hakimi təhqir etdiyi üçün 4 oyunluq cəza alıb 21 avqust, Premyer Liqanın II turunun “Qəbələ” – “Keşlə” oyununda “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur. (maddə 39)
Futbol
234
26 Avqust , 2021 13:00
Keşlənin oyunçusu hakimi təhqir etdiyi üçün 4 oyunluq cəza alıb

AFFA İntizam Komitəsi "Keşlə" klubunun futbolçusu Şəhriyar Əliyevi 4 oyunluq cəzalandırıb.

"Report"un məlumatına görə, buna 29 yaşlı müdafiəçinin "Qəbələ"yə 1:2 hesabı ilə uduzduqları Premyer Liqanın II tur matçının 90+5-ci dəqiqəsində hakimi təhqir etməsi səbəb olub.

Paytaxt təmsilçisi bunun üçün 3200 manat ödəcəyək. Komitə "Qəbələ"ni isə 800 manat məbləğində cərimələyib. "Qırmızı-qaralar"ın 4 oyunçusu həmin görüşdə sarı vərəqə alıb.

Bundan əlavə, "Neftçi" klubu da 800 manat məbləğində ziya düşüb. "Ağ-qaralar"ın 5 futbolçusu səfərdə "Zirə"ni 2:1 hesabı ilə məğlub etdikləri qarşılaşmada sarı vərəqə ilə cəzalandırılıb.

Son xəbərlər

Orphus sistemi