AFFA "Kəpəz" klubunu oyundan əvvəl stadionu sulamadığı üçün cərimələyib

AFFA "Kəpəz" klubunu oyundan əvvəl stadionu sulamadığı üçün cərimələyib "Neftçi" isə azarkeşləri oturacaqları sındırdıqları üçün ziyana düşüb
Futbol
8 Noyabr , 2017 12:59
AFFA Kəpəz klubunu oyundan əvvəl stadionu sulamadığı üçün cərimələyib

Bakı. 8 noyabr. REPORT.AZ/ AFFA İntizam Komitəsinin bugünkü iclasında Azərbaycan Premyer Liqasının XI turunun 2 oyununda baş verənlərlə bağlı tədbir görülüb. 

"Report"un məlumatına görə, “Qarabağ”la görüşdə “Kəpəz” klubu meydanı sulamadığı üçün 800 manat cərimələnib. 

 “Zirə” ilə matçda isə “Neftçi”nin azarkeşləri olan sektorda oturacaqlar sındırılıb. İntizam Komitəsi qərara alıb ki, stadiona dəymiş ziyan əsasında “Zirə”nin təqdim edəcəyi hesab “Neftçi” klubu tərəfindən ödənilsin.

Son xəbərlər

Orphus sistemi