AFFA "Kəpəz"in nümayəndəsinə 10 oyunluq cəza verib

AFFA "Kəpəz"in nümayəndəsinə 10 oyunluq cəza verib AFFA İntizam Komitəsi Kəpəz klubunun rəsmi nümayəndəsi Məhəmməd Məmmədovu 10 oyunluq cəzalandırıb.
Futbol
13 Noyabr , 2019 15:11
AFFA Kəpəzin nümayəndəsinə 10 oyunluq cəza verib

AFFA İntizam Komitəsi "Kəpəz" klubunun rəsmi nümayəndəsi Məhəmməd Məmmədovu 10 oyunluq cəzalandırıb.

"Report"un məlumatına görə, keçmiş futbol hakimi U-13 Liqasında “Azəri TİM” ilə matçın 15-ci dəqiqəsində aqressiv davranışlara görə cəzaya məruz qalıb.

Region Liqasında “Şirvanovka” klubunun futbolçusu Kamil Nurəhmədov "Uğur"la oyunda hakimi təhqir etdiyi üçün 4 oyunluq cəza alıb. Eyni çempionatda çıxış edən "Babək"in oyunçusu Əli Sadıqov "Dübəndi" (Ordubad) ilə görüşdə hakimə qarşı qeyri-etik ifadələrə görə eyni sayda cəzaya məruz qalıb.

Gənclər Liqasında "Qəbələ"dən Əli Mürsəlov "Keşlə" ilə matçda eyni hərəkətləri təkrarlayıb və 4 oyunluq cəzalandırılıb. U-17 liqasında "Tufan"ın iki üzvü - Rəvan Quluzadəİsgəndər Paşalı referini təhqirə görə analoji cəzaya məruz qalıb. 

Son xəbərlər

Orphus sistemi