"Səbail" klubu avtobusu xarab olduğu üçün cərimələnib

"Səbail" klubu avtobusu xarab olduğu üçün cərimələnib İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edildi:
Futbol
3 Dekabr , 2021 13:42
Səbail klubu avtobusu xarab olduğu üçün cərimələnib

AFFA İntizam Komitəsi "Neftçi" klubunu 800 manat cərimələyib.

"Report" xəbər verir ki, buna flaqman azarkeşlərinin "Səbail"ə qarşı ev matçının (1:0) 52-ci dəqiqəsində pirotexnikadan istifadə etməsi səbəb olub.

Qonaqlar isə stadiona gec gəldiyi üçün eyni məbləğdə ziyana düşüb. "Dənizçilər"in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, klubun avtobusunda nasazlıq yarandığı üçün stadiona vaxtında gedə bilməyiblər.

"Sabah"la görüşdə (1:2) 7 futbolçusu sarı vərəqə ilə cəzalandırılan "Keşlə", “Qarabağ”la qarşılaşmada (0:0) 5 futbolçusu xəbərdarlıq alan "Qəbələ" və "Sumqayıt"la oyunda (3:0) 5 futbolçusu "sarı" görən "Zirə" klubları ayrılıqda 800 manat cərimə olunublar.

Son xəbərlər

Orphus sistemi