AFFA İntizam Komitəsinin qərarı ləğv edildi

AFFA İntizam Komitəsinin qərarı ləğv edildi Komitə oktyabrın 3-də Azərbaycan Premyer Liqasının V turunun “Zirə” – “Neftçi” oyununda ehtiyat qapının standartlara uyğun olmadığını əsas gətirərək, qəsəbə klubunu 800 manat cərimələmişdi
Futbol
22 Oktyabr , 2020 16:44
AFFA İntizam Komitəsinin qərarı ləğv edildi

Apelyasiya Arbitraj Tribunalı “Zirə” klubunun apelyasiya şikayətini təmin edib.

"Report"un AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, İntizam Komitəsinin 6 oktyabr qərarı ləğv olunub.

Komitə oktyabrın 3-də Azərbaycan Premyer Liqasının V turunun “Zirə” – “Neftçi” oyununda ehtiyat qapının standartlara uyğun olmadığını əsas gətirərək, qəsəbə klubunu 800 manat cərimələmişdi.

Qeyd edək ki, bu görüş "Zirə"nin qələbəsi ilə yekunlaşıb - 1:0.

Son xəbərlər

Orphus sistemi