AFFA iki stadionda yeni işıqlandırma sistemi quracaq

AFFA iki stadionda yeni işıqlandırma sistemi quracaq AFFA “Dalğa Arena” və “ASCO Arena”da işıqlandırma işləri ilə əlaqədar tender elan edib.
Futbol
10 Aprel , 2019 15:54
AFFA iki stadionda yeni işıqlandırma sistemi quracaq

AFFA “Dalğa Arena” və “ASCO Arena”da işıqlandırma işləri ilə əlaqədar tender elan edib. 

"Report"un məlumatına görə, hər iki arenada görüləcək işlərin siyahısına yanmış lampaların işıq qüllələrində projektorlardan çıxarılması, yeni lampaların quraşdırılması (2000 wt fillips) və yeni quraşdırılmış lampalar ilə projektorların nizamlanması daxildir.

Bildirilib ki, təkliflərin qiymətləndirilməsi zamanı şəffaflığın qorunması və prosesin təhlükəsizliyinin təmin olunması üçün “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi" müvafiq qaydada doldurularaq aprelin 26-dək AFFA-ya göndərilməlidir. “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəq”i təqdim olunmayacağı halda, həmin təklif tenderdə iştirak edə bilməyəcək.

Qeyd edək ki, "ASCO Arena"nın əvvəlki adı "Bayıl Arena" olub. Stadionun adı ötən gün dəyişib.  

Son xəbərlər

Orphus sistemi