AFFA iki futbol veteranına təqaüd ayırıb

AFFA iki futbol veteranına təqaüd ayırıb Bakı. 24 iyul. REPORT.AZ/ Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin iclası keçirilib.
Futbol
24 İyul , 2018 13:00
AFFA iki futbol veteranına təqaüd ayırıb
0 : 00
0 : 00

Bakı. 24 iyul. REPORT.AZ/ Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin iclası keçirilib.

“Report”un məlumatına görə, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

1. 2018/2019-cu il mövsümündə I Divizionda oyunlar Azərbaycan Premyer Liqası klublarının əvəzedici komandaları və ötən mövsüm I Divizionda çıxış etmiş 6 və ya 4 klubun iştirakı ilə keçirilsin

2. Turnirdə iştirak edən komandalar üçün yaş limiti aşağıdakı kimi tətbiq olunsun:

4 futbolçu – yaş limiti olmadan

6 futbolçu – 1998-ci il və daha gənc təvəllüdlü

1 futbolçu – 2001-ci il və daha gənc təvəllüdlü

Yaş limiti tətbiq olunmayan 4 futbolçudan 2-si legioner ola bilər

3.Adları aşağıda göstərilmiş futbol veteranlarına AFFA-nın təqaüdü verilsin:

Nüvər Xasıyev

Səfər Rəhimov

Son xəbərlər

Orphus sistemi