AFFA İcraiyyə Komitəsinin iclası olacaq  

AFFA İcraiyyə Komitəsinin iclası olacaq   Dekabrın 24-də AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçiriləcək.
Futbol
23 Dekabr , 2020 11:38
AFFA İcraiyyə Komitəsinin iclası olacaq  

AFFA-nın İcraiyyə Komitəsinin iclasının vaxtı açıqlanıb.

"Report" assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, toplantı dekabrın 24-də videokonfrans formatında gerçəkləşəcək.

Saat 11:00-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. 2021/2022-ci il mövsümündə UEFA klub yarışları və Azərbaycan Premyer Liqasında iştirak üçün klubların Lisenziyalaşdırma qaydalarının təsdiqi

2. Müqavilə müddəti başa çatmış və yekunlaşmaqda olan aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçilərinin müqaviləsinin qarşılıqlı razılıq əsasında uzadılması

3. AFFA-nın növbəti Konfransının tarixinin müəyyənləşdirilməsi

4. Digər məsələlər

Son xəbərlər

Orphus sistemi