AFFA İntizam Komitəsi baş məşqçi və 2 futbolçunu cəzalandırıb

AFFA İntizam Komitəsi baş məşqçi və 2 futbolçunu cəzalandırıb Bakı. 12 fevral. REPORT.AZ/ AFFA İntizam Komitəsinin növbəti iclasında Azərbaycan Premyer Liqasının XVI turunun oyunlarında baş vermiş hüquq pozuntularına baxılıb.
Futbol
12 Fevral , 2019 13:34
AFFA İntizam Komitəsi baş məşqçi və 2 futbolçunu cəzalandırıb

Bakı. 12 fevral. REPORT.AZ/ AFFA İntizam Komitəsinin növbəti iclasında Azərbaycan Premyer Liqasının XVI turunun oyunlarında baş vermiş hüquq pozuntularına baxılıb. 

"Report"un məlumatına görə, komitə "Qəbələ"nin baş məşqçisi Zaur Həşimovu və 2 futbolçunu cəzalandırıb. Həşimov "Sabah" komandası  ilə səfər matçının 90+5-ci dəqiqəsində texniki zona qaydalarını pozub. O, 1 oyunluq diskvalifikasiyaya, klubu isə 800 manat cəriməyə məruz qalıb. Həşimov növbəti tur "Qarabağ"la səfər qarşılaşmasında texniki zonada yer ala bilməyəcək. 

"Sabah"ın futbolçusu Marko Deviç də 1 oyunluq cəzaya məruz qalıb. Ukraynalı hücumçu "Qəbələ" ilə qarşılaşmanın 45-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Klub Deviçə görə 200 manat cərimələnib. Təcrübəli forvard növbəti turda "Səbail"lə səfər görüşünü buraxmalı olacaq. 

Bu matçda yerli komandadan Elvin Yunuszadə də iştirak etməyəcək. Səbəb Səbail"in müdafiəçisinin “Zirə” ilə ev oyununun 81-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılmasıdır. Yunuszadə 1 oyun cəzaya, klubu 200 manat cəriməyə məruz qalıb. 

“Sumqayıt” – “Qarabağ” matçında meydan sahiblərinin 5, qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandırılıb. Bu səbəbdən, hər iki klub 800 manat ziyana düşüb. Eyni məbləğdə cərimə "Neftçi" ilə səfər oyununda 5 futbolçusu sarı vərəqə alan "Keşlə"yə də tətbiq olunub. 

Son xəbərlər

Orphus sistemi