AFFA İntizam Komitəsi "Şərurspor"un daha bir komandasını Azərbaycan çempionatından kənarlaşdırıb

AFFA İntizam Komitəsi "Şərurspor"un daha bir komandasını Azərbaycan çempionatından kənarlaşdırıb Səbəb kimi komandanın 3-cü dəfə çempionat oyununda iştirak etməməsi göstərilib
Futbol
4 Aprel , 2017 12:30
AFFA İntizam Komitəsi Şərursporun daha bir komandasını Azərbaycan çempionatından kənarlaşdırıb

Bakı. 4 aprel. REPORT.AZ/ "Şərurspor"un 19 yaşadək futbolçulardan ibarət komandası Azərbaycan çempionatından kənarlaşdırılıb. 

"Report"un məlumatına görə, bu haqda AFFA İntizam Komitəsi qərar qəbul edib. Səbəb kimi komandanın 3-cü dəfə çempionat oyununda iştirak etməməsi göstərilib. "Şərurspor" martın 29-da "Zirə" ilə səfər matçına yollanmayıb. İntizam Komitəsi kluba 0:3 hesablı texniki məğlubiyyət də verib. 

Qeyd edək ki, bir müddət öncə "Şərurspor"un əsas komandası danışılmış oyunlarda iştirakı qismən sübuta yetirildiyi üçün Azərbaycan I Divizionundan kənarlaşdırlıb. 

Son xəbərlər

Orphus sistemi