AFFA İntizam Komitəsi "Qəbələ"nin futbolçusu və məşqçisini cəzalandırıb

AFFA İntizam Komitəsi "Qəbələ"nin futbolçusu və məşqçisini cəzalandırıb 4 kluba cərimə tətbiq olunub
Futbol
12 Dekabr , 2018 13:42
AFFA İntizam Komitəsi Qəbələnin futbolçusu və məşqçisini cəzalandırıb

Bakı. 12 dekabr. REPORT.AZ/ AFFA İntizam Komitəsi "Qəbələ" klubunun fubolçusu Rauf Əliyevi 1 oyunluq cəzalandırıb.

"Report"un məlumatına görə, buna 29 yaşlı hücumçunun səfərdə "Səbail" komandası ilə keçirdikləri Azərbaycan Premyer Liqasının XIV tur matçında ikinci sarı vərəqə alması səbəb olub. 85-ci dəqiqədə meydandan kənarlaşdırılan təcrübəli forvard mövsümün ikinci yarısının ilk turunda "Sumqayıt"la ev oyununu buraxmalı olacaq. "Qəbələ" isə 200 manat cərimə ödəyəcək. 

Komandanın məşqçisi Miloş Yevtiç isə növbəti qarşılaşmada texniki zonada yer almayacaq. O, texniki zona qaydalarını pozduğu üçün 1 oyunluq cəzalanıb, klubu 800 manat cərimə olunub. 

"Qırmızı-qaralar" daha 800 manat cəriməyə azarkeşlərinin 63-cü dəqiqədə pirotexniki vasitələrdən yararlanmaları səbəbindən məruz qalıblar. Elə "Səbail" də 68-ci dəqiqədə azarkeşlərinin pirotexniki vasitələrə əl atmaları üzündən eyni məbləğdə ziyana düşüb.  

Bu qədər cəriməni “Sabah” və “Keşlə” klubları da ödəməli olacaq. Səbəb iki komanda arasındakı qarşılaşmada meydan sahiblərinin 4, qonaqların 5 futbolçusunun sarı vərəqə almasıdır. 

Son xəbərlər

Orphus sistemi