AFFA I Divizion klubunu "lipa"ya görə cəzalandırdı

AFFA I Divizion klubunu "lipa"ya görə cəzalandırdı Buna komandanın "Qarabağ-2"yə qarşı XXVII tur oyununun protokolunda adı qeyd olunmayan futbolçunu meydana buraxması səbəb olub
Futbol
24 May , 2021 13:42
AFFA I Divizion klubunu lipaya görə cəzalandırdı

AFFA İntizam Komitəsi I Divizionda mübarizə aparan "Qaradağ Lökbatan" klubuna texniki məğlubiyyət verib.

"Report"un məlumatına görə, buna komandanın "Qarabağ-2"yə qarşı XXVII tur oyununda protokolda adı qeyd olunmayan futbolçunu meydana buraxması səbəb olub.

Nəticədə Ağdam təmsilçisinə 3:0 hesablı texniki qələbə verilib. "Qaradağ Lökbatan" həmçinin 400 manat məbləğində cərimələnib.

Bundan başqa, “Qarabağ-2”nin futbolçusu Musa Musazadə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, komanda 20 manat cərimə olunub. Ağdamlılar oyun protokolunu gecikdirdiyi üçün əlavə 80 manat da cərimə ödəyəcək.

Son xəbərlər

Orphus sistemi