AFFA İcraiyyə Komitəsinin iclasında müzakirə olunan məsələlər açıqlanıb

AFFA İcraiyyə Komitəsinin iclasında müzakirə olunan məsələlər açıqlanıb AFFA prezidenti Rövnəq Abdullayev iclasın ardından keçirdiyi brifinqdə açıqlama verib
Futbol
29 Avqust , 2016 21:03
AFFA İcraiyyə Komitəsinin iclasında müzakirə olunan məsələlər açıqlanıb

Bakı. 29 avqust. REPORT.AZ/ AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında müzakirə olunan məsələlər açıqlanıb. 

"Report"un məlumatına görə, bu barədə AFFA prezidenti Rövnəq Abdullayev iclasın ardından keçirdiyi brifinqdə açıqlama verib.

O bildirib ki, ilk növbədə, futzal üzrə milli komandanın üzvləri ilə görüş keçirilib: "Onları Kolumbiyada keçiriləcək dünya çempionatına yola saldıq. Futzalda böyük nailiyyətlərimiz var. Düşünürəm ki, mundialda ilk növbədə, qrupdan çıxmaq imkanımız mövcuddur və bu imkanlardan istifadə olunacaq".

Daha sonra çimərlik futbolu üzrə milli komandamızın Avropa çempionatında çıxışı müzakirə olunub, B qrupundan A qrupuna yüksəlməsi çox gözəl nəticə sayılıb.

Qalan məsələlərə gəldikdə, danışılmış oyunlara qarşı birgə bəyannamə qəbul olunub. İlk növbədə, İK üzvləri bu sənədə qol çəkib. Bütün futbol ictimaiyyətinə bu bəyannamayə qol çəkməyə çağırış edilib: "Bir müddət öncə AFFA tərəfindən prezident İlham Əliyevə məktub ünvanlanıb. Məktubda xahiş etmişik ki, Azərbaycanın Cinayət Məcəlləsində də bu məsələ qeyd olunsun, danışılmış oyunlarla məşğul olanlar cinayət məsuliyyətinə cəlb edilsinlər. Bu, bütün dünyada böyük problemdir. Problemdən biz də yan qaça bilmirik. Bununla mübarizəni daha da gücləndirməliyik ki, Azərbaycan futbolu və idmanı bu qara yaradan uzaq olsun".

Eyni zamanda 17 yaşadək futbolçulardan ibarət yığma komandanın baş məşqçisi Rafiq Mirzəyevin istefası qəbul olunub. Əvəzində Vüqar Məmməd onun yerinə müvəqqəti təyin edilib: "Vüqar 7 ilədək yığmada köməkçi-məşqçi kimi çalışıb. Düşündük ki, həmin uşaqlarla işləmək üçün ona şans vermək lazımdır".  

Son xəbərlər

Orphus sistemi